Ermənistanda Rusiya bağlı siyasi müxalifət və ABŞ Erməni Komitəsi Bakıda həbsdə olan separatçıların azad olunması üçün fəaliyyətə başlayıb. Həbsdə olan separatçıları tələb edənlər Azərbaycanla sülhə qarşıdır və N. Paşinyan əleyhinə siyasi mövqe ortaya qoyub. Başda Amerika Erməni komitəsi, Erməni Apostol Kilsəsi və erməni müxalifətidir. Bunlara birləşdirən ortaq məxrəc Qarabağ məsələsində Rusiya ilə birgə əməkdaşlıq və Ermənistanda siyasi hakimiyyətə gəlmək.
ABŞ prezidenti D.Trampdan Amerika Erməni Komitəsi lobbi vasitəsilə həbsdə olan separatçıların azad olunmasını xahiş edib.
D.Trampa Azərbaycan tərəfi separatçılarla bağlı tələbin arxasında hansı siyasi planların olduğunu deyərsə, D.Tramp onların həbsdə qalmasına razılaşar.
Qeyd edim ki, D. Tramp N. Paşinyanla görüşdə həbsdə olan separatçılarla bağlı prezident İlham Əliyevdən xahiş edəcəyini desə də, N. Paşinyan reaksiya vermədi. Çünki, Rusiya bağlı Amerika Erməni Komitəsi və revanşistlər həbsdə olan R.Vardanyan başda olmaqla, Qarabağın keçmiş separatçıları Ermənistanda aktiv siyasətə gətirib, N.Paşinyanı devirməyə çalışacaqlar. Ona görə də N.Paşinyan Bakıda həbsdə olan separatçıların azad olunmasında maraqlı deyil.
Ola bilər separatçı "liderlərdən" əlavə digər həbsdə olan ermenilər əfv oluna bilər. Bu da Azərbaycanın Ermənistanla sülh prosesinə töhfəsi olar. Amma, separatçı liderlərin azad olunmasi isə, Ermənistan və Azərbaycan üçün yeni problemlər ortaya çıxarar. Rusiya onlardan maksimum şəkildə istifadə edər.
Ümumiyyətlə, Azərbaycan əleyhinə işğal, terror, soyqırım həyata keçirilənlər Azərbaycan qanunvericiliyinə uyğun olaraq mühakimə ediləcək və layiqli cəzalarını alacaqlar.
Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert
visiontv.az