“HDP-nin “Biz Kılıçdaroğlunu dəstəkləyirik” dediyi yerdə türk millətçiləri olmayacaqdır”
“HDP-nin “Biz Kılıçdaroğlunu dəstəkləyirik” dediyi yerdə türk millətçiləri olmayacaqdır”
26.05.2023 MEDİA Tərəfindən

Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan, "Bu gün gəldiyimiz nöqtədə HDP Türkiyə siyasətini kilidləmək qabiliyyətini itirmişdir. HDP-nin `Biz Kılıçdaroğlunu dəstəkləyirik” dediyi yerdə türk millətçiləri olmayacaqdır"

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Oğan TRT Haber-in canlı yayımında gündəmlə bağlı sualları cavablandırıb. 
Prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini açıqlaması və onunla görüşməsi ilə bağlı sualı cavablandıran Oğan, gizli bir şeyin olmadığını, seçki prosesində ifadə etdiyi həssaslıqları Ərdoğanla bölüşdüyünü bildirib.

“Bəzən bizi tənqid edirlər. Nə etməli idim? Türk millətçisi olaraq HDP ilə yan-yana durub özümü inkar mı etməliydim?” deyə qeyd edən Oğan, prezident Ərdoğan ilə gələcəklə bağlı Türkiyənin daha da gücləndirilməsi, içində olduğu problemlərdən uzaqlaşdırılması, türk cümhuriyyətləriylə bağlı mövzulardan danışdıqlarını vurğulayıb. 

İlahə Əliyeva