22.07.2019
Axtar
Maraq Dairəsi
alt

Hakan Yıldızın Azərbaycanla bağlı fikirləri

Azərbaycanın  ən böyük özəlliyi yer üzündə on bir  iqlimin  doqquzuna sahib olmasıdır.

Vision TV xəbər verir ki, Hakan Yıldız Azərbaycanla Türkiyə arasında olan ortaq iş birliyi haqqında fikirlərində bildirib ki, iki dövlət bir millət  bizim üçün çox  önəmlidir. Azərbaycanda və ya Türkiyədə çalışmağımız bizim üçün fərq etmir. Önəmli olan işin doğru bilinməsi, istehsalın doğru şəkildə aparılmasıdır. Bizim üçün  önəmli olan türklərin bu layihəni uğurla bitirib və bütün  dünyaya satabilməsidir.

Dünyanın bir çox bölgəsində işimizlə bağlı fərqli meyvə çeşidləri, fərqli yetişdirmə texnikaları üzərində araşdırmalar apardıq. Amma Azərbaycanda ilk başladığımız zamanlarda bəzi qidaların  dadına baxdığımızda çox ləzzətli olduğunun şahidi olduq. Bu Azərbaycanın iqliminin və torpaq şərtlərinin özəlliyindəndir. Azərbaycanda çox ünsürlə qarşılaşdıq, burada yalnız meyvə deyil ət, balıq və  tərəvəzin dadına baxdıqda da keyfiyyətin çox yüksək olduğunu görəbilərik. Bunun  səbəbi ilk əvvəl Azərbaycanda iqlimin verdiyi özəllik, ikinci səbəb isə torpaqların kimyasal və dərmanlarla kirlənməmiş olmasıdır.

Və sonda qeyd edərək bildirib ki,ən önəmli məsələ kənd təsərrüfatıdır ki, bu sahədə sağlam təməllər üzərində  qalxmayan bir ölkə nə sənayedə, nə də texnologiyada inkişaf edə bilər.

Şərh yazın