Hakan Yıldızın Azərbaycanla bağlı fikirləri
Azərbaycanın ən böyük özəlliyi yer üzündə on bir iqlimin doqquzuna sahib olmasıdır.
Vision TV xəbər verir ki, Hakan Yıldız Azərbaycanla Türkiyə arasında olan ortaq iş birliyi haqqında fikirlərində bildirib ki, iki dövlət bir millət bizim üçün çox önəmlidir. Azərbaycanda və ya Türkiyədə çalışmağımız bizim üçün fərq etmir. Önəmli olan işin doğru bilinməsi, istehsalın doğru şəkildə aparılmasıdır. Bizim üçün önəmli olan türklərin bu layihəni uğurla bitirib və bütün dünyaya satabilməsidir.
Dünyanın bir çox bölgəsində işimizlə bağlı fərqli meyvə çeşidləri, fərqli yetişdirmə texnikaları üzərində araşdırmalar apardıq. Amma Azərbaycanda ilk başladığımız zamanlarda bəzi qidaların dadına baxdığımızda çox ləzzətli olduğunun şahidi olduq. Bu Azərbaycanın iqliminin və torpaq şərtlərinin özəlliyindəndir. Azərbaycanda çox ünsürlə qarşılaşdıq, burada yalnız meyvə deyil ət, balıq və tərəvəzin dadına baxdıqda da keyfiyyətin çox yüksək olduğunu görəbilərik. Bunun səbəbi ilk əvvəl Azərbaycanda iqlimin verdiyi özəllik, ikinci səbəb isə torpaqların kimyasal və dərmanlarla kirlənməmiş olmasıdır.
Və sonda qeyd edərək bildirib ki,ən önəmli məsələ kənd təsərrüfatıdır ki, bu sahədə sağlam təməllər üzərində qalxmayan bir ölkə nə sənayedə, nə də texnologiyada inkişaf edə bilər.