Gürcüstandan daha 250 nəfərin Azərbaycana təxliyyəsi həyata keçirilir.
Visiontv.az report-a istinadən xəbər verir ki, onların 153-ü Gürcüstan, 93-ü Azərbaycan, dördü isə Rusiya vətəndaşıdır.
Həmin şəxslərin ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.
Təxliyyə olunanların 48 saat etibarlı olan COVID-19 arayışı ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçmələri təmin olunacaq.
Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstandan və ölkədən tranzit keçməklə, Azərbaycana üç minə yaxın şəxsin təxliyyəsi təmin edilib.
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqları ilə bağlı hesabat hazırlaması təklif edilir