Güneyli işçi hərəkatı fəalı aclıq aksiyası keçirir
10.07.2024

Evin həbsxanasında saxlanılan və bir neçə xəstəlikdən əziyyət çəkən güneyli işçi hərəkatı fəalı Rza Şəhab aclıq aksiyasına başlayıb.

Bu barədə Tehran və Şəhərətrafı Avtobus Sürücüləri Birliyi məlumat yayıb.

O, hakimiyyətin və həbsxana rəhbərliyinin məhbuslara qarşı zalım və ayrı-seçkiliyə dayanan əməllərinə etiraz olaraq aksiyaya əl atıb.

"Həkimlər Rza Şahabinin təcili şəkildə həbsxanadan qıraq xəstəxanada boyun və belindən əməliyyat olunmasını tövsiyə etsələr də, ədliyyə sistemi və həbsxana rəhbərliyi buna icazə vermir",- məlumatda bildirilib.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.

O, "hökumətə qarşı təbliğat" və "ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq"da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

visiontv.az