Təbriz həbsxanasında saxlanılan Güney azərbaycanlı fəal Əli Babayi “rejimə qarşı təbliğat” ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
GunAzTV-nin məlumatına görə, Əli Babayi Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Həmlərin sədrliyi ilə keçirilən iclasda mühakimə olunub.
Məlumata görə, hazırda Təbriz Mərkəzi Həbsxanasının “təhlükəsiz və sağlamlıq” kimi tanınan 7-ci bölməsində saxlanılan fəal məhkəmə iclasında iştirak etmək üçün həbsxanadan məhkəməyə aparılıb və iclasdan sonra yenidən həbsxanaya qaytarılıb.
Əli Babayi daha əvvəl də bir neçə məhkəmə işi ilə üzləşib. Əvvəlki işlər üzrə çıxarılan hökmlərə əsasən, o, “Demokratlar” adlandırılan qrupa üzvlük ittihamı ilə 2 il 9 ay, “milli təhlükəsizliyə qarşı əlbirlik və toplantı” ittihamı ilə isə 3 il 7 ay həbs cəzasına məhkum edilib.
Əli Babayiyə qarşı son məhkəmə prosesi onun hələ də Təbriz Mərkəzi Həbsxanasında saxlanıldığı bir vaxtda davam edir.
visiontv.az