Güney Azərbaycanın Əcəbşər məhkəməsi qəribə bir hökm çıxarıb
10.10.2024

Əcəbşərli jurnalistin tənqidi paylaşımına görə 13 ay 16 gün həbs cəzası alıb.

Güney Azərbaycanın Əcəbşər məhkəməsi qəribə bir hökm çıxararaq, jurnalist və fəal Hüseyn Cəfərini sıradan bir tənqidi "Instagram" hekayəsi paylaşdığına görə 13 ay 16 gün həbs cəzasına məhkum edib.

Bu qərar "yalan məlumatların yayılması" adı altında verilib və adi tənqidi bir paylaşım kimi dəyərləndirildiyi üçün yerli jurnalistlər və fəallar arasında təəccüb və etirazlara səbəb olub.

visiontv.az