Günəşin yeganə aktiv mərkəzi tezliklə Yerə doğru dönəcək
22.06.2026

Üç həftəlik nisbi sakitlikdən sonra Günəş aktivliyi yenidən artmağa başlayıb.

Visiontv.az -ın  KP.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər  Akademiyasının Kosmik  Tədqiqatlar İnstitutunun alimləri məlumat veriblər.

Məlumata görə, alimlər eyni zamanda M sinfindən olan 2 güclü partlayış qeydə alıblar.

Sutka ərzində Günəşdə ümumilikdə 7 partlayış baş verib. Onların hamısı tək bir nöqtədə - böyüyən 4473 ləkələr qrupunda lokallaşıb. Hazırda bu, ulduzda yeganə aktiv mərkəzdir. Hazırda o, günəş diskinin əks tərəfindən yenicə çıxmağa başlayır.

Proqnozlara əsasən, ləkələr qrupu artıq bu həftə, iyunun 25-də planetimizin birbaşa qarşısında olacaq.

Eyni zamanda alimlər təşvişə düşməməyə çağırırlar. Bu partlayış hazırda lokal (yerli) hesab olunur və istisna deyil ki, bu aktiv mərkəzin enerjisi yaxın günlərdə tükənə bilər.

Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

visiontv.az