Oktyabrın 3-də hazırkı Günəş dövrünün ən şiddətli Günəş partlayışı qeydə alınıb.
3842 nömrəli Günəş ləkəsində baş verən hadisə X9 şiddətinə sahib olub. Dünən də eyni Günəş ləkəsində X7.1 şiddətli partlayış müşahidə edilmişdi. Yaxın 3-4 gün ərzində planetimizdə bu partlayışlara bağlı güclü geomaqnit qasırğası gözlənilir. Əgər uyğun şərait olarsa Azərbaycan ərazisində belə Qütb parıltısını müşahidə mümkün ola bilər.
visiontv.az