“Iran Wire” saytı xəbər verir ki, Fransa İranda həbsdə olan ölkə vətəndaşları ilə bağlı İslam Respublikasından Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etməyi planlaşdırır.
Məlumata görə, bununla bağlı Fransanın xarici işlər naziri Jan Noel Barrot Tehranı iki fransalını min gündən artıq həbsdə saxlamaqla konsulluq müdafiəsi hüququnu pozmaqda günahlandırıb.
Fransa XİN rəhbəri qeyd edib ki, yaxın günlərdə Avropa ölkələri tərəfindən İslam Respublikasında girov götürmə siyasətinə cavabdeh olan İran rəsmilərinə qarşı daha çox sanksiyalar tətbiq olunacaq.
visiontv.az