Kirmanlı bir türk qadın Ayda Səlcuqinin sözlərinə görə, Kirman Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin əməkdaşları onun doğum şəhadətnaməsinə Ayda adı əvəzinə zorla başqa bir ad yazdırıblar.
Bu barədə Ayda Səlcuqi Balamın adı kampaniyasına danışıb.
"Mən 1998-ci ildə Kirmanda şəhrində anadan olmuşam və valideynlərim mənim üçün Ayda adını seçiblər. Amma vətəndaşlıq qeydiyyatı rəsmiləri Ayda adının türk adı olmasına görə ona doğum haqqında şəhadətnamə verməyəcəklərini bildiriblər və valideynlərimi doğum şəhadətnaməsinə başqa ad yazdırmağa məcbur ediblər. Amma mən sonradan bildim ki, bundan öncə eyni ada çoxlu şəxsiyyət vəsiqəsi verilib. Valideynlərim və ətrafımdakılar uşaqlıqdan mənə Ayda deyirdilər. Bu adı özüm bəyənirəm və mənim şəxsiyyətim ona əsaslanır. Doğum haqqında şəhadətnaməmdəki adın mənə inzibati iş, məktəb və universitetdən başqa heç bir faydası olmayıb, lakin iki ad olduğu üçün son 26 ildə mən həmişə bu barədə çox pis hisslər keçirmişəm. İndi isə mən doğum haqqında şəhadətnamədə adımı dəyişə bilərəm, çünki onunla bir yerdə çox sayda başqa sənədləri də dəyişməliyəm. Bu da qarşıma olduqca çox bürokratik əngəllər çıxarır. Bütün bu problemlər Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı Şöbəsinin valideynlərimin seçdiyi ada qarşı çıxmasının və onları övladına ad seçmək hüququndan məhrum etməsinin nəticəsidir.” - deyə Ayda Səlcuqi bildirib.
Qeyd edək ki, İranda Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı Şöbəsinin rəsmiləri uşaqlarına türk adı seçən valideynləri bu qərardan daşındırmaq üçün müxtəlif süründürməçilik üsullarından və süni yaradılmış bürokratik əngəllərdən istifadə edirlər.
visiontv.az