“Formula 1”-i izləmək üçün 14 mindən çox əcnəbi turist Bakıya gəlib
23.09.2026

Ötən il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib.

Bakı  Şəhər Halqası Əməliyyat Şirkətindən  bildirilib ki, bu il “Formula 1” üzrə  Azərbaycan Qran-prisi zamanı Bakıya gələn əcnəbi turistlərin sayı yuxarıda qeyd olunan rəqəmdən bir qədər çoxdur.

Bu isə onu deməyə əsas verir ki, “Formula 1”-lə əlaqədar  Azərbaycana gələn turistlərin sayı rekord göstəriciyə çatıb.

O da bildirilib ki, turistlər 100-dən çox ölkədən gəlib.

Rəsmi statistikaya görə, ötən il biletlərin 80%-dən çoxu əcnəbi turistlər tərəfindən alınıb.

Orta hesabla, yarış üçün  Azərbaycana üz tutan hər bir turistin 2200  ABŞ dollarından çox vəsait xərclədiyi qeyd olunur.

visiontv.az