Ölkədə dəyərlər sistemi pozulub. Milli-mənəvi, ailə dəyərləri laxlayıb.
İdeloji xətti elə sarsıdıblar ki, milli dəyərlər yeni nəslə, ötürülməsin, orta və yaşlı nəsil yırtıcılaşsın, aqressivləşsin.
Əzizlər, millətin, dövlətin sərvətləri olur, insan, ərazi, əmlak fosmasında. Dəyər olanlara zamanla toxunurlar. Bu olur o dövlətin və millətin şərəf məsələsi.
Və bəzən olur ki, insan olan bir dəyər, öz nitqində, qərarında bir şeyi kütlə ondan razı qalsın deyə yox, düşündüyü kimi deyir.
Məsələn, iyirmi yanvar faciəsi dünyaya yayıldısa, bu Zeynəbin, Rəşidin xidməti kimi düşdü tarixə. Flora hər nəyini bəyənmək və ya bəyənməməkdən asılı olmayaraq, sonuncu mogekandır öz peşəsində. Fərqində olun, bizə elə bir oyun qurdular ki, daha Üzeyir Hacıbəyli, Müslüm Maqamayev, Fikrət, Əmirov, Qara Qarayev, Tahir Əkbər, Şövkət Ələkbərova,, Flora Kərimova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Ədil Isgəndərov, Şahmar Ələkbərov, Həsən Əbluc, Əlabbas Qədirov, Həsən Turabov, Nəsibə Zeynalova, Səyavuş Aslan, Tofiq Quliyev, Rasim Ocaqov, Yaşar Nuri, Ramiz Əzizbəyli yetişmir. Yəni şəxsiyyət ola bilmir sənəti olanların əksəriyyəti. Bu ciddi məsələdir, çox ciddi. Floranı bu qədər təhqir eləmək olmaz, ayıbdı...
Jalə Mütəllimova
Visiontv.az