FHN əməliyyat görüntüləri yayıb - VİDEO
12.06.2024

Fövqəladə Hallar Nazirliyainin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Kamil Balakişiyev küçəsində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in  Mətbuat  xidmətindən  verilən məlumata görə, məlumatla əlaqədar FHN-in  Xüsusi  Riskli  Xilasetmə  Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olmuş və  2014-cü il təvəllüdlü azyaşlını yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.

 

visiontv.az