İbrahim Məmmədovun təqdimatında " Həftəyə Baxış"
- Seysmologiyanın cavab tapmalı olduğu suallar
- “Fəlakət Diplomatiyası”: Bariş, yoxsa hücum və fitnə üçün fürsət
- “Fəlakət diplomatiyası”nın emosional gücü və "real politic";
- "Disaster diplomacy" və Türkiyə ilə İranın siyasətinin müqayisəsi;
- İran Türkiyədəki fəlakətdən istifadə cəhdi;
- İranın Ermənistandakı səfirinin çıxışı ilə Rusiyanın Azərbaycandakı səfirinin haqqin.az saytına müsahibəsindəki tezislərin müqayisəsi- Rusiya ilə İranın regiona baxışlarındakı fərqlər:
- Rusiya səfiri regional platformaları müasir dövrün ən səmərəli əməkdaşlıq formulası hesab edir, İran isə Ermənistanın Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın nəqliyyat-kommunikasiya maneəsiz əlaqələrinə mane olan siyasət yürüdür;
- Rusiya regona “kənar müdaxilələri” pozucu sayır, İran kənar qüvvələrin Ermənistanda yerləşdirilməsinə etiraz etmir;
- İran Rusiyanın Aralıq dənizinə çıxışını təmin edəcək Zəngəzur dəhlizinə və Çimal-Cənub dəhliznin bir hissəsi olan Astara–Rəşt dəmiryolunun tikintisinə mane olmaqla de-fakto Rusiyanın blokadasına yönəlmiş siyasət aparır;
- Rusiya Aİ-nın Ermənistanda yerləşdirilməsini Rusiyanın regional proseslərdən sıxışdırılması kimi qəbul edir, İran bu missiyanı alqışlayır;
- İran səfirinin Ermənistanı birlikdə təşəbbüsü ələ almağa çağırışı Rusiya və Türkiyəni sıxışdırmağa çağırışdır. Rusiya isə Ermənistana təsirini saxlamağa çalışır və Yerevanın Ankara ilə əlaqələrinin yaranmasına dözümlü yanaşır;
- İran Fransa ilə ittifaqda Ermənistanın anti-Türkiyə, anti-Rusiya və anti-Azərbaycan siyasətlərinə dəstək verir.
Beləliklə, Azərbaycanın iki qonşu ölkəsinin regional proseslərə yanaşmasında fundamental məsələlər – təhlükəsizlik, nəqliyyat dəhlizləri, regional birlik, xarici qüvvələrin regiona müdaxiləsi kimi baza məsələlərdə ziddiyyətlər ortadadır.
- 1979-cu ildən bugünədək İranda səfirliklərə 12 hücum olub.
- Onlardan 7 -si müsəlman, 3-ü anqlo-sakson ölkələrin səfirlikləridir;
- İki həftə əvvəl Rusiya XİN xəbərdarlıq etdi ki, Aİ-nin Ermənistandakı müşahidəçiləri regiona geosiyasi qarşıdurma gətirə bilər. Bu çox ciddi geosiyasi qarşıdurmanın anonsudur.
- Ermənistanın Moskva ilə danışıqlarının intensivləşməsinə nə səbəb ola bilər? Son dövrlrdə nə dəyişib ki, Ermənistan Moskva danışıqlarına maraq göstərməyə başlayıb:
1. Azərbaycan və Ermənistanda qıcıq doğuran Ruben Vardanyanın Xankəndini tərk edərək səhnədən çəkilməsi;
2. Ararat Mirzoyanın Almaniya səfəri zamanı Azərbaycana hər hansı təzyiq imkanlarının olmadığı və Zəngəzur dəhliznin açılmasının Aİ üçün də vacibliyini anlaması;
3. Ermənistanın danışıqlara meyl göstərməsi Türkiyədə zəlzələdən istifadə cəhdi də ola bilər. Ermənistanda Türkiyədəki fəlakət səbəbindən Azərbaycanın danışıqlarda mövqeyinin zəifləyəcəyinə və rəsmi Bakının kompromisə meyl göstərəcəyinə mənasız ümid bəsləyə və bunun üçün də vəziyyəti yoxlamaq üçün görüşdə iştirak edə bilərlər.
visiontv.az