Təhlükəsizlik məmurları İranın Kohgiluyə və Boyer Əhməd əyalətinin Dehdəşt şəhərində miliyyətcə lor olan yazıçı, şair və ictimai fəal Mehrqan Namavəri ölümcül döyüblər.
Bu barədə onun yaxınları məlumat yayıb.
Məlumata görə, iki kişi və bir qadın məmur yazıçını döydükdən sonra onun mobil telefonunu özləri ilə aparıblar.
Qeyd edək ki, 37 yaşlı xanım yazıçı 2024-cü il martın 2-də həbs olunub və 16 gün dindirildikdən sonra müvəqqəti olaraq girov qarşılığında sərbəst buraxılıb.
visiontv.az