Əsgərlərimizin zəlzələ bölgəsindəki fədakarlıqlarından xəbərdarıq
Əsgərlərimizin zəlzələ bölgəsindəki fədakarlıqlarından xəbərdarıq
29.03.2023 MEDİA Tərəfindən

“Bəzi insanlar hər nə qədər fitnə yaratmaq istəsələr də, əsgərlərimizin zəlzələ bölgəsindəki fədakarlıqlarını çox yaxşı bilirik.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Sincandakı Humanitar Yardım Briqada Komandanlığında Mehmetciklə iftarda bir araya gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Komandanlığa gələn Ərdoğanı Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər qarşılayıb.

Dağıntıların təmizlənməsi, xilasetmə və təhlükəsizlik işlərində iştirak edən komandirindən əsgərə qədər bütün şəxsi heyətə ailəsi və xalqı adından təşəkkür edən Ərdoğan, həlak olanların yaxınlarına başsağlığı verib.

Ərdoğan deyib:

“Xalqımızla min illik hesablaşmalarını hələ də davam etdirən bəzi cəmiyyət və dövlətlər, Türkiyənin bu torpaqların sahibi olduğunu qəbul etmək istəmirlər. Cümhuriyyətimizin birinci əsrində bununla bağlı çox ağrılı təcrübələrimiz oldu və bunun əvəzini ağır ödədik. Təxminən 40 ildir ayağımıza dolanan PKK terrorunu, ürəyimizi xəncər kimi deşməyə çalışan FETO-nun xəyanətini və daha çoxunu birlikdə gördük və görməyə davam edirik. Təbii ki, biz də boş qalmırıq. Harada terrorçu varsa, yuvalarını başlarına keçiririk.”

İlahə Əliyeva