Ermənistanın bir neçə ballistik raket və artilleriya silahları ilə Azərbaycana qarşı əzələ nümayiş etdirməsi gülüncdür
Ermənistanın bir neçə ballistik raket və artilleriya silahları ilə Azərbaycana qarşı əzələ nümayiş etdirməsi gülüncdür
01.10.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistanın silahlanması Cənubi Qafqazda yeni təhlükəsizlik problemlərinə yol açır. Azərbaycanda öz hərbi arsenalını gücləndirir. Hərbi təyyarə parkının yenilənməsi qarşı tərəfə mesajıdır. Bugün Azərbaycan Hərbi Hava Qüvvələri müasir qırıcı və silahlarla təchiz olunub. Həmçinin radiusu 300 km-dən 500 km kimi ballistik raketlərə sahibdir.

Azərbaycan 2020-ci il müharibəsindən daha güclü silahlara malikdir. Türkiyə ilə birgə Naxçıvanda ballistik raketlər yerləşdirmək lazımdır. Bu ballistik raketlər Naxçıvandan Yerevanı hədəf almalıdır. Ermənistan tərəfinin ballistik raketlər alması situasiyanı gərginləşdirir. N. Paşinyan hesab edir ki, silahlanma ilə Azərbaycandan güzəştlər əldə edəcək. Ermənistan ikinci Qarabağ müharibəsində İsgəndər raketlərindən istifadə etdi. Amma, Azərbaycan həmin raketləri havada zərərləşdirdi.

Unudur ki, Azərbaycan zəif dövründə güzəştə getmədi. Bundan sonra, yalnız Ermənistan güzəştə gedəcək və Zəngəzur dəhlizini açacaq. Bir neçə ballistik raket və artilleriya silahları ilə Azərbaycana qarşı əzələ nümayiş etdirmək gülüncdür.

Məhəmməd Əsədullazadə

visiontv.az