Ermənistanda məmurların Belarusa səfərləri qadağan edilib
14.06.2024

Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Arutunyan məmurların Belarusa səfərlərini qadağan edən əmr imzalayıb.

Visiontv.az  “Sputnik-Armenia”ya istinadən məlumatına görə, bu addım Baş nazir Nikol Paşinyanın  Aleksandr Lukaşenkonun hakimiyyət müddətində bu ölkəyə getməyəcəyinə dair bəyanatından sonra atılıb.

Yayılan xəbərdə qərarın artıq dərc olunduğu da bildirilir.

visiontv.az