Erməni hüquq müdafiəçisi həbs edildi
25.11.2020

Erməni hüquq müdafiəçisi, Helsinki Komitəsinin İrəvan təmsilçisi Avetik İşxanyan həbs edilib.

Visiontv.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə İşxanyanın həmkarı Ruben Melikyan özünün Feysbuk səhifəsində yazıb.

Melikyan qeyd edib ki, ona hüquq müdafiəçisi Avetik İşxanyan zəng edərək bildirib ki, polis tərəfindən saxlanılıb: “Hazırda biz həmin polis idarəsinə gedirik”.

Xatırladaq ki, sentyabrın 27-dən bu yana Ermənistan Baş naziri ən ciddi tənqid edən şəxslərdən biri də hüquq müdafiəçisi Avetik İşxanyandır. Ehtimal edilir ki, onun həbs qərarını şəxsən Paşinyanın özü verib.