Ərdoğan Fatih Portakal barəsində cinayət işinin başlanmasını tələb edir
07.04.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “FOX” televiziyasının məşhur aparıcısı Fatih Portakal barəsində cinayət işinin açılması üçün İstanbul Baş Prokurorluğuna müraciət edib.

Visiontv.az Hürriyet-ə istinadən xəbər verir ki, dövlət başçısı məşhur aparıcını sosial şəbəkədə yalan və xalqı çaşdırmağa yönəlmiş məlumatlar paylaşmaqda ittiham edir.

R.T.Ərdoğanın vəkili Ahmet Özel deyib ki, Portakalın tvitində R.T.Ərdoğanın nəzərdə tutmadığı ehtiyatı olan və əmanətçilərdən zorla vəsait istəniləcəyi yönündə işlətdiyi ifadələrin yalan olduğunu vurğulayıb.

F.Portakalın həmin tvitində bu sözlər yer alıb:

“Təkalifi Milliyə yada salınaraq, “bir də çətin günlərdən keçirik” deyilərək əmanəti və ya ehtiyatı olanlarda pul istəniləməsin! Koronasonrası ödəyək deyirlərmiş bir də! Olmaz, olmaz deyə bilmirəm, təəssüf ki!”

Qeyd edək ki, Təkalifi Milliyə Türkiyənin İstiqlaliyyət müharibəsi dövründə ordunun ehtiyaclarını qarşılamaq üçün hazırlanan qanun olub. Qanuna görə, ehtiyac olduğu təqdirdə xalqa məxsus mülk və ya pul müsadirə edilə bilər.