Əminə Ərdoğandan 25 May Afrika Günü paylaşımı
Əminə Ərdoğandan 25 May Afrika Günü paylaşımı
25.05.2023 MEDİA Tərəfindən

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı birinci xanım Əminə Ərdoğan 25 May Afrika Günü münasibətiylə paylaşım edib.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, sosial media hesabında etdiyi paylaşımda Əminə Ərdoğan, “Səfərlərimiz sayəsində zəngin mədəniyyətlərə malik Afrikanın tamamilə fərqli siması ilə tanış oldum. Əsrlər boyu ədalətsizliyə məruz qalan bu qitədə mən “başqa heç nəyi” yox, yaxınlığı kəşf etdim. İnsan sevgisinin sərhədsizliyinin şahidi oldum. Bütün çətinliklərə baxmayaraq üzlərindən gülüşün əksik olmadığı səmimi insanlara, bizi daima qardaşcasına qarşıladıqları üçün minnətdaram. Dostluğumuzun daimi olmasını diləyir, 25 May Afrika Gününü təbrik edirəm!” deyə bildirib.

Image

İlahə Əliyeva