Bir dövr başa çatdı. Çox böyük ehtimalla, Lionel Messi və Cristiano Ronaldo artıq Dünya Çempionatında meydanda olmayacaqlar.
İki futbolçu. İki fərqli xarakter. İki fərqli məktəb.
Amma eyni dövrün iki ən böyük siması.
Onlar milyonlarla insana sevinc yaşatdılar, futbolun sərhədlərini genişləndirdilər və bütöv bir nəslin yaddaşında silinməz iz qoydular.
Ancaq futbolun ən gözəl cəhəti də elə budur.
Bu oyun heç vaxt bir nəfərlə başlamır və bir nəfərlə də bitmir.
Pele getdi.
Maradona getdi.
Kroyf getdi.
Bekkenbauer getdi.
Zidan, Ronaldinyo, Ronaldo Nazario öz dövrlərini başa vurdular.
Sonra Messi və Ronaldo gəldi.
Bu gün isə yeni adlar səhnəyə çıxır.
Sabah onların da yerini başqaları tutacaq.
Çünki futbol dünyanın ən populyar və ən sevilən oyunudur. Bu oyun təkcə çempionlar yetişdirmir, hər dövr üçün yeni qəhrəmanlar da yaradır...
Elbəyi Həsənli
visiontv.az