Əcnəbilər İrandan çıxarılacaq
12.06.2024

İran parlamentinin sədri və prezidentliyə namizəd Məhəmməd Baqir Qalibaf prezident seçiləcəyi təqdirdə əcnəbilərin ölkədən deportasiya prosesini sürətləndirəcəyini deyib.

O, bu barədə prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində İran televizyasındakı çıxışında bildirib.

Qalibaf xüsusilə əfqanistanlı qaçqınların ölkədən çıxarılacağını və şərq sərhədlərində divar çəkiləcəyi ilə bağlı işləri tezləşdirəcəyini deyib.

Qeyd edək ki, İranda təxminən 3.5 milyon əfqanistanlı yaşayır və 2021-ci ildən Talibanla İran hökuməti arasında başlayan gərginlik səbəbindən əfqanistanlı qaçqınlara qarşı təzyiqlər dahada artıb, onların ölkədən çıxarılması sürətləndirilib.

visiontv.az