BƏƏ-İran arasında uçuşların ləğvi müddəti uzadıldı
23.10.2024

Birləşmiş Ərəb Əmirliyinin "Emirates" Hava Yolları oktyabrın 31-ə kimi Tehran, Bağdad və Ərbilə olan bütün uçuşları ləğv edib.

Bu barədə "Emirates"ın saytında məlumat verilib.

Bildirilib ki, uçuşların dayandırılması bölgədə olan gərginlik və qeyri-sabitliyə görədir.

Qeyd edək ki, "Emirates" bundan əvvəl uçuşların oktyabrın 23-ə kimi ləğv edildiyi barədə bəyanat yaymışdı.

İsrailin İranın raket hücumuna cavab hücumunun keçiriləcəyi gözlənildiyinə görə, uçuşların dayandırılması müddəti yenidən artırılıb.

Bununla yanaşı Qətər Hava Yolları Şirkəti də İran, İraq və Livana uçuşların ləğvi ilə bağlı bəyanat yaysa da, bunun nə vaxtdan və hansı tarixə qədər olacağı ilə bağlı açıqlama verilməyib.

visiontv.az