Düşmənlərimizi tanıyaq... Xocalı qatilləri...Bako Saakyan...
Düşmənlərimizi tanıyaq... Xocalı qatilləri...Bako Saakyan...
23.02.2023 MEDİA Tərəfindən

Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır. Bu faciənin səbəbkarları isə əbədiyyən bizim düşmənlərimizdi. Düşmənləri yaxşı tanımaq gələcəkdəki baş verə biləcək təhlükələri önləmək üçün çox vacibdi. Beləliklə Xocalı faciəsində əsas separatçılardan olan Bako Saakyan barədə məlumatları sizə təqdim edirik: Bu qatil, 1992-ci ildə Xocalıdan olan əsirləri ağır mülki işlərdə işlətməklə “görəvləndirilib”.

Bako Saakyan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri olan Xankəndidə doğulub. 1998-ci ildə Dağlıq Qarabağdakı separatçı hərəkata qoşulanadək muxtar vilayətdə müxtəlif vəzifələrdə çalışıb. 1990-cı ildə separatçıların Azərbaycana qarşı hərbi hərəkatına qoşulub. Həmin illərdə Saakyan separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsinə məsul idi. Bir sözlə, o, karyerasına belə başlayıb. Lakin bir müddət sonra onun pul mənimsədiyi üzə çıxıb və nəticədə bu "vəzifə”dən kənarlaşdırılıb.

Separatçıların lideri olan Saakyan sadə insanların inamını pulla, yaxud onların borclarını bağlamaqla qazanıb, bununla da tanınıb.
Beləliklə, B.Saakyan Dağlıq Qarabağ regionunun legitim nümayədəsi kimi tanına bilməz. Çünki bu regionda yaşayan azərbaycanlılar 1988-1994-cü illərdə doğma evlərindən qovulub. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamenti Ermənistana qoşulmağa səs verərkən belə, azərbaycanlılar bu prosesdən kənarda qoyulub. Nəticədə, parlametn orada yaşayan azərbaycanlıların razılığı olmadan, üstəlik Azərbaycan SSR-in Konstitusiyasına zidd olaraq, Azərbaycandan ayrılmaq haqda qərar çıxarıb. Müharibədən sonra isə Dağlıq Qarabağda müstəqilliklə bağlı qeyri-qanuni, Azərbaycan Konstitusiyasına zidd "referendum” keçirilib. Həmin vaxt artıq regionun azərbaycanlı əhalisi oradan qovulmuşdu.

Xatırladaq ki, həmin illərdə Ermənistanın dəstəklədiyi hərbi əməliyyatlar nəticəsində 780 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Bu hərbi əməliyyatlar beynəlxalq birlik tərəfindən işğal kimi qəbul olunub.

Bünyamin Bünyadzadə

Visiontv.az