Dövlət telekanallara ödədiyi vəsaiti araşdıracaq...
Dövlət telekanallara ödədiyi vəsaiti araşdıracaq...
11.04.2022 Jalə Mütəllimova Tərəfindən

Televiziyalarda bir istiqamət hiss olunmaqdadır. Dövlətin telekanallara film çəkilişi üçün ayırdığı büdcələr araşdırılır. Öz vətəndaş payıma deyim. Mırta, diringəliyə, dəngüşlüyə xərclənir o vəsaitlər. Ya da o pula elə o qədər iş görmək mümkündür.

Niyə belə deyirəm?

Türkiyədə dövlət adına çalışan ciddi bir prodakşn yaradılıb, "Uludağ"  bütün tarixi və ictimai maarifləndirmə üçün filmlər məhz onların istehsalıdır. Üstəgəl bu ildən nəhəng ali məktəblərdə ayrıca fakültə yaradıblar, tarixi filmlər üçün ssenarist hazırlayırlar. İndi, qayıdaq Türkiyənin film industiriyasının cəmi bir filmə yönəlik büdcəsinə.

Tək bir filmdə, "Kuruluş Osman"da, türk obasının tarixi çadırların qurulmasına, düşərgə üçün 200 çadır sifariş edilib Türkmənistana. Hər birinin qiyməti 50 min manatdır.  200-ü, 50 minə vuranda 10. 000. 000 manat edir. Hələ bahalı qrimi, ərazidə qalma məsrəfini, qonorarları, mürəkkəb və bahalı tarixi geyimləri, kameraları, heyətin qida xərcərini, kiryələnmiş çəkiliş məkanlarını, demirəm. Hələ onu da demirəm ki, təkcə baş rol oyunçusu, bir seriya üçün 60.000 manat qonorar alır.

İllərdir bunu yazan müəlliflərdənəm. İndi ona sevinirəm ki, yazdıqlarımız dövlətimiz üçün fydalı olub. Və dediklərimizi bəlkə də gələcək üçün həyata keçirəcəklər.

Niyə bəlkə?

Düzü bir qorxum var. Dediklərimi o diringi serialların pulunu kəsib, ciblərə yönəltmək sonluğu yaşaya bilər proses. Çünki açığı bir çox hallarda bunu müşahidə və hiss edirəm. Hər şeyi maddiləşdirmək istiqamətini yəni. Ancaq unuduruq ki, Prezidentin də son çıxışlarından birində söylədiyi kimi, qələbədən daha vacibi ləyaqətdir...

....və komamdan əlav edib ki, biz müharibəni ləyaqətlə aparmışıq.

Bu isə fərdi yanaşmamdır ki, müharibələr təkcə silahlı və düşmənlə aparılmır, həm də mənəvi məsələlərimiz var öz  içimizdə. Ən ağır müharibə insanların nəfsi ilə aparılandır. Kaş ki, bu cinahda da qalib dövlət və Azərbaycan ola!

Jalə Mütəllimova

Visiontv.az