Yaz aylarında bu xəstəlikdən qorunmağın yeni, sınanmış yolları-Mütəxəssis tövsiyələri
Yaz ayları üçün spesifik xəstəliklərdən biri də dırnaqların qırılması və dırnaq ətrafı bölgələrdəki ətin soyulmasıdır. Bir çoxumuz dırnaq kənarındakı ətlərin soyulmasından əziyyət çəkirik. Bəzən onları əlimizlə qopartmağa da çalışırıq. Unutmayaq ki, qopardığımız yerə infeksiya keçə bilər.
Dırnaq əti problemi əsasən baxımsız dırnaqlardan, C vitamini çatışmamazlığından, soyuq və quru mühitdə olmaqdan yaranır. Lak və aseton dırnaqlar kimi dırnaq ətlərinə də zərər verir. Eyni zamanda mövsümün dəyişiləməsi ilə əlaqədar orqanizmdə gedən bioloji proseslər dırnaqlarımıza da öz təsirini göstərir.
Mütəxəssislər dırnaqların və dırnaq ətrafı nahiyənin ətinin soyulmaması üçün bir sıra tövsiyyələr verir. Belə ki, bunlardan biri limonu dırnaqlarınıza sürtüb 3-4 dəqiqə sonra isti su ilə yumaqdır. Digər bir vasitə isə yatmazdan əvvəl zeytun yağı ilə badam yağı qarışığını dırnaq nahiyəsinə çəkməkdir. Zeytun yağı dırnaqların və dırnaq ətini soyulmasının qarşısını alır.
Soğan da dırnaq əti və dırnağın soyulmasına qarşı müsbət təsir göstərən qulluq vasitələrdəndir.Belə ki siz bir soğanı ikiyə bölüb dırnaqlarınızı içində beş dəqiqə gözlətməklə bu problemə son qoya bilərsiniz.