Dırnaq və dırnaq əti soyulmasının qarşısını necə almalı?
05.04.2019

Yaz aylarında bu xəstəlikdən qorunmağın yeni, sınanmış yolları-Mütəxəssis tövsiyələri

Yaz ayları üçün spesifik xəstəliklərdən biri də dırnaqların qırılması və dırnaq ətrafı bölgələrdəki ətin soyulmasıdır. Bir çoxumuz dırnaq  kənarındakı ətlərin soyulmasından  əziyyət çəkirik. Bəzən onları əlimizlə qopartmağa da çalışırıq. Unutmayaq ki, qopardığımız yerə infeksiya keçə bilər.  

Dırnaq əti problemi əsasən baxımsız dırnaqlardan, C vitamini çatışmamazlığından, soyuq və quru mühitdə olmaqdan yaranır. Lak və aseton dırnaqlar kimi dırnaq ətlərinə də zərər verir. Eyni zamanda mövsümün dəyişiləməsi  ilə əlaqədar orqanizmdə gedən bioloji  proseslər dırnaqlarımıza  da öz təsirini  göstərir.

 

Mütəxəssislər dırnaqların və dırnaq ətrafı nahiyənin ətinin soyulmaması üçün bir sıra tövsiyyələr verir. Belə ki,  bunlardan biri  limonu dırnaqlarınıza sürtüb 3-4 dəqiqə sonra isti su ilə yumaqdır.  Digər bir vasitə isə    yatmazdan əvvəl zeytun yağı ilə badam yağı qarışığını dırnaq nahiyəsinə çəkməkdir.  Zeytun yağı  dırnaqların  və dırnaq ətini soyulmasının qarşısını alır.

 Soğan da dırnaq əti və dırnağın soyulmasına  qarşı müsbət təsir göstərən qulluq  vasitələrdəndir.Belə ki   siz bir soğanı ikiyə bölüb dırnaqlarınızı içində beş dəqiqə gözlətməklə bu problemə son qoya bilərsiniz.