DİN-ə yeni səlahiyyət verilib
10.07.2024

Nazirlər Kabineti “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nda dəyişiklik edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan orqanların (qurumların) siyahısı genişləndirilib.

Siyahıya Daxili İşlər Nazirliyi əlavə edilib.