Daşqın Çin-Nepal sərhəd-keçid məntəqəsini yuyub aparıb: 17 nəfər ölüb, 400-ə yaxın yaralı var
26.08.2026

Nepalda baş verən daşqınlar Çinlə sərhəddə yerləşən bölgələrə təsir edib.

BBC-nin xəbərinə görə, indiyə kimi daşqınlarda azı 17 nəfər ölüb, 400-ə yaxın xəsarət alanın olduğu bildirilir.

Məlumata görə, Rasuva bölgəsində başlayan daşqına zəlzələ səbəb olub.

Nepal-Çin sərhədiin hər iki tərəfində axtarış-xilasetmə tədbirləri davam edir, indiyə qədər 12 nəfər xilas edilib.

Eyni zamanda, Nepalda daşqın nəticəsində 291 turist və 93 yerli sakin itkin düşüb.

Daşqın Çin-Nepal sərhəd-keçid məntəqəsini yuyub aparıb.

Çinin dövlət mediası və Nepal rəsmiləri insan tələfatının çox olduğunu bildirir.

visiontv.az