İranın qadınlardan ibarət İran milli futbol komandasının oyunçusu Mühəddisə Zülfi Avstraliyadakı turnirdə iştirak etdikdən sonra İrana qayıtmamaq və Avstraliyada qalmaq qərarına gəlib.
Bu barədə beynəlxalq media məluamt yayıb.
Bununlada Avstraliyadan sığınacaq istəyən iranlı qadın futbolçuların sayı 6-ə çatıb.
Bundan əvvəl omandanın beş üzvü əvvəllər Avstraliyada sığınacaq üçün müraciət edib və Avstraliya hökuməti onlara humanitar viza verib.
Qeyd edək ki, 2026 il Asiya Kubokunda iştirak etmək üçün yanvar ayında Avstraliayya səfər edən İranın qadınlardan ibarət futbol komandasının üzvləri
Cənubi Koreya ilə keçirilən qarşılaşmadan əvvəı İran himnini oxumaqdan imtina ediblər.
visiontv.az