İranın Konarək şəhərinin sünni cümə imamı Əbdülmalik Məlekipur minbərdə çıxışında deyib: "Lənətlədiyiniz həmin Tramp prezident olanda sizin kimi öz ölkəsini rüsvay etmədi. Siz isə İranı biabır etdiniz. Siz ölkəni faciəli duruma saldınız.
Ölkəni dollar 7 tümənə olanda ələ keçirdiniz, indi isə onu 126 min tümənə qaldırmısınız.
Niyə utanmırsınız?!
Siz daim deyirsiniz ki, bizim gücümüz var və biz bunu edirik.
Həmin Tramp ölkəsini inkişaf etdirmək üçün əlindən gələni edir, bəs siz bu ölkəyə dağıntı, səfalət, bədbəxtlik, şər və qəddarlıqdan başqa nə gətirdiniz?!
Ğlkəyə təhlükəsizlik gətirdiniz?!
İqtisadi təhlükəsizlik gətirdiniz?!
Ölkə üçün nəyi düzgün etdiniz?!
12 günlük müharibədə uğur qazandığımızı deyirsiniz; hansı qələbə və uğura nail oldunuz?
Təyyarələrinizdən biri milçək qədər sürətlə uçmadı!
Təyyarələrinizdən biri bir atəş və ya bir raket belə atmadı!
Düşmən qırıcısının qanadını belə qıra bilmədiniz!
Sonra da iddia edirsiniz ki, biz qalib gəldik?!".
visiontv.az