Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib
29.05.2024

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.

XİN-dən  verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

visiontv.az