Buğda idxalı daha 1 il ƏDV-dən azad edilir
26.01.2021

Azərbaycana buğda idxalı daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Visiontv.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olub. Layihəyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad olacaq.

 

Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 1 il artırılır. Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad olub. Dəyişikliyə əsasən, bu, 2017-ci il yanvarın  1-dən 3 il müddətinə olan dövrü əhatə edəcək.