Bu ölkədə yaşayan rusların bayrağı Azərbaycan bayrağıdır-Azər Rəşidoğlu
Bu ölkədə yaşayan rusların bayrağı Azərbaycan bayrağıdır-Azər Rəşidoğlu
09.04.2021 Azər Rəşidoğlu Tərəfindən

Bu ölkədə  yaşayan rusların bayrağı Azərbaycan bayrağıdır. Onlar da bu Vətən uğrunda savaşır.

Onlara eşq olsun. Rus icması adından rus bayraqlarının qaldırılması ilk növbədə ruslara qarşı təxribat idi. Ən böyük təxribat isə Azərbaycan vətəndaşı olan ruslarla Rusiyanı eyniləşdirmək idi. Təzad odur ki, Rusiya bayrağını öpüb gözünün üstünə qoyanlar, "təşəkkürlər, əziz Putin" deyənlər, Qarabağda savaşda Azərbaycan vətəndaşı olan rusların da döyüşdüyünü arqument kimi gətirib, hər kəsi linç edənlər bu gün Rusiyanı "İsgəndər M" qalmaqalına görə lənətləyir. Səmimi görünmür.

visiontv.az