ABŞ qadağan olunan piyadalar əleyhinə minaları Ukraynaya göndərəcək
23.11.2024

ABŞ, Ottava konvensiyası(ABŞ imzalamayıb) ilə qadağan olunan piyadalar əleyhinə minaları Ukraynaya göndərəcək. Bu çox ciddi qərardır.

Söhbət "ADAM" minadaşıyan sistemdən gedir. Sistem necə işləyir?

17 kilometr məsafəsinə mərmi atılır və düşdüyü yerdən 600 metr radiusda 36 ədəd piyadalar əleyhinə minaları tullayır. Həmin minaların çox güclü qəlpələri var və qəlpələr 7 metr radiusda zərbə vururlar. Həmin minaların 48 saata qədər ömrü var, ondan sonra özləri partlayır(dinc əhali üçün gələcəkdə təhlükə yaratmamaq məqsədilə).

Rusiya ordusunda hərbi texnikada və silah-sursat komponentlərdə kəskin defisit fonunda "ət hücumların" sayı maksimuma çatır və məhz indi bu cür effektiv piyadalar əleyhinə minaların işlənməsi USQ-yə hava-su kimi lazımdır.

ABŞ-ın bəzi hərbi ekspertləri hesab edirlər ki, həmin minalar, ATACMS-ların Rusiya ərazisinə zərbələrlə müqayisədə döyüş meydanında daha böyük fayda verəcək. Baxmayaraq ki, hər 2 qərar döyüşlər üçün önəmlidir.

 Daha bir xəbər var. Baltik dənizdə təxribatda şübhələndirilən "Yi Peng 3" gəmisi Danimarka HDQ-nin gəmiləri tərəfindən saxlanılıb. İlkin məlumata görə gəminin kapitanı rusdur.

Kamran Cəfərov

visiontv.az