BŞİH: "380 binanın dam örtüyü dəyişdirilir"
22.10.2019

Visiontv.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhərinində 380 ədəd çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 milyon manat vəsait ayrılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə,  ilk növbədə dam örtüyünin təmir ediləcək 380 binanın siyahıları,
görüləcək işlərin həcmi və digər məsələlər dəqiqləşdirilib, işləri görəcək podtatçılar müəyyənləşdirilib. Prezident sərəncamının icrası ilə bağlı artıq paytaxtın əksər rayonlarında işlərə bağlanılıb. Binaların köhnə dam örtükləri sökülərək, sıradan çıxmış, şürümüş hissələri dəyişdirilir, damda suyun axıdılması üçün maillik qurulur, yeni örtük qatı çəkilir. Damlarda navalçalar yenilənir, tüstü bacaları təmir olunur və təmizlənir.

Podratçı təşkilatlar tərəfindən görülən işlərin aparılmasına, onların keyfiyyətinə, icra müddətinə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları
tərəfindən ciddi nəzarət edilir. Bununla əlaqədar təsərrüfat xidmətlərinin mütəxəssisləri gündəlik olaraq işlərin gedişatını, təmir zamanı istifadə edilən materialların keyfiyyətini yoxlayır, yol verilən texnoloji çatışmamazlıqların dərhal aradan qaldırılmasını təmin edir.