Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
12.05.2021

Böyük Britaniyada vətəndaşların ölkə xaricinə səfər etmələri üçün vaksin pasportları tətbiq olunacaq. Bu barədə ölkənin Milli Səhiyyə Xidməti bildirib. Həmin pasportlar mayın 17-dən qüvvəyə minəcək. Bu sənədlər smartfon və planşetlər üçün mobil tətbiq şəklində işə salınacaq. Müvafiq mobil qurğuları olmayan vətəndaşlar peyvəndləməni təsdiq edən kağız sənəd ala biləcəklər.