Təbriz Şəhər Şurasının üzvü, hüccətül-islam Rəsul Bərginin Güney Azərbaycan türklərinin ana dili və mədəni irsi ilə bağlı son çıxışları müzakirələrə səbəb olub.
Bərgi dövlət televiziyasının “İran can” proqramında Təbriz əhalisinin ana dilinin fars dili kimi təqdim edilməsinə etiraz edib. O, çıxışı zamanı “Anam heç farsca bilmir, uşaqlarım türk dilində danışır. Biz türkük, ana dilimiz türkcədir” deyib. Bu açıqlama Azərbaycan Respublikasında da mediada və sosial şəbəkələrdə geniş müzakirə olunub.
Oktyabrın 4-də Bərginin Təbriz bələdiyyəsinin iclasındakı çıxışı isə əvvəlki açıqlamasından sonra yeni müzakirələrə səbəb olub. Onun bu çıxışı bəzi Güney Azərbaycan fəalları tərəfindən tənqid edilib.
Güney azərbaycanlı ictimai fəal və jurnalist Ramin Marağalı da məsələ ilə bağlı video paylaşaraq Rəsul Bərginin mövqeyini tənqid edib.
visiontv.az