Şəhid məzarlarının üstündən qardaş Türkiyənin bayrağının götürülməsi yanlış, yanlış və yanlış addımdır. Kimlər edibsə dərhal bu yanlışı düzəltməlidir.
Şuşa Bəyannaməsini unudublar deyəsən. Deyəsən unudublar ki, Şəhidlər Xiyabanında uyuyan 1300 Qafqaz-İslam ordusunun əsgəri Azərbaycanın istiqlalı üçün şəhid olub. Azərbaycan və Türkiyə qardaş olduqları üçün onların şəhidləri də birlikdə anılmalı, bayraqları da birlikdə dalğalanmalıdır. Bizlər, yəni sağlam düşünən, ləyaqəti olan Azərbaycan insanı üçün əsl şəhadət məktəbi məmləkətimizin azadlığı üçün çiyin-çiyinə döyüşən və millətimizi müstəqil dövlətə qovuşduran müzəffər Qafqaz-İslam Ordusunun Türkiyəli və Azərbaycanlı əsgərlərinin birgə qəhrəmanlığıdır. Dörd il öncə bu qardaşlığı qeyd etdiyimiz 100 illiyin paradında da, Böyük Zəfər paradında da Azərbaycan Prezidenti Türkiyə Prezidenti yanaşı durub dosta güvən, düşmənə dərd verirdilər, bayraqlarımız da birlikdə dalğalanırdı. Odur ki, bayraqlarımız hər zaman və hər yerdə birlikdə dalğalanmalıdır. Şəhid məzarları rəsmi protokol yeri olmasa da, mənəvi protokol yerimizdir. Mənəvi protokolumuzu kimlərsə pozmağa çalışmasın. Necə deyərlər,
BİR MİLLƏT- İKİ BAYRAQ
HƏR VAXT BİR YERDƏN ASAQ
Millət vəkili Fazil Mustafa
Visiontv.az