Bəzən tarixi hadisələr öz dövründə görünmür
26.05.2026

1903-cü ildə iki velosiped ustasının havada cəmi 12 saniyə qalması o gün dünyanı dəyişən hadisə kimi görünmürdü…

Texasdaki “Boca Chica” qəsəbəsindəki Starbase kosmodromundan nəhəng Starship III raketinin yeni sınaq uçuşu uğurla həyata keçirildi. Dünənə qədər Aya tramvay çəkməkdən dəm vuran Rusiya kosmik sənayesi cınqırını belə çıxara bilmədi. Ancaq rus mediası “Spase X heç bir tam dövrə də vura bilmədi” deyə sevincdən uçmağa başladı…

Əvvəlki raketlərin əksəriyyəti birdəfəlik istifadə üçün hazırlanırdı. İlon Maskın mühəndisləri milyardlarla dollar dəyərində texnika hazırlayaraq, raketi bir dəfə uçurur, sonra isə okeana endirməyə başladılar. Heç kim bir sərnişin təyyarəsinin hər uçuşdan sonra məhv edilməsini normal hesab etməz yəqin ki…

Starship isə başqa məntiqlə qurulub.

Onun əsas ideyası raketi təyyarə kimi istifadə etməkdir: uçmaq, enmək, yenidən doldurmaq və yenidən kosmosa uçmaq. Bu ideyanın əhəmiyyəti ilk baxışda görünməyə bilər. Amma kosmos tarixində heç vaxt əsas maneə mühərriklər və ya fizika qanunları olmayıb. Əsas problem hər zaman qiymət olub.

Starship layihəsinin məqsədi bu xərci onlarla dəfə azaltmaqdır. Əgər bu hədəf həyata keçərsə, dəyişiklik sadəcə ucuzlaşma olmayacaq; kosmik iqtisadiyyatın işləmə prinsipi dəyişəcək.

İlon Mask və onun SpaceX kompaniyası nəinki bəşəroğlunu çoxplanetli növ olmasına çalışır, bu yolda Mars uçuşları üçün Ayı ara bazası olaraq planlamağa başlayıb.

Bu gün Rusiya Ermənistanda çıxan zanbaqların Moskva bazarına girişini yasaqlayarkən, SpaceX insanoğlunu Mars uçuşlarına və Marsdak koloniyalar yaratmağa hazırlayır.

Marsa varmaq nəzəri baxımdan yeni məsələ deyil. Amerikalılar bunu təxminən yarım əsrdir hesablayırlar. Problem oraya getməkdə deyildi, orada qalmaqdadır. Bu gün Ayın yolu açılandan sonra nəhayi hədəfə çatmaq artıq çox da uzaqda deyil.

Texnologiya tarixində bir qanun tez-tez özünü göstərir: insanlar qısamüddətli dəyişiklikləri şişirtməyə, uzunmüddətli nəticələri isə kiçiltməyə meyllidirlər. Starship haqqında mübahisələrin böyük hissəsi də məhz bu paradoksun içində baş verir.

Gələcək artıq istəməsək də gələcək!

Gələcək Elmlə gələcək!

İbrahim Nəbioğlu

visiontv.az