Bakıda sərnişin avtobusu qəza törədib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib. "BakuBus"a məxsus 125 saylı sərnişin avtobusu qəza törədərək bulvar ərazisinə girib, ağaca çırpılıb. Qəza nəticəsində bir neçə ağac aşıb.
