Bakıda qəza sıxlıq yaratdı
09.09.2020

Bakıda baş verən qəza sıxlığa səbəb olub.

Visiontv.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, Ziya Bünyadov prospekti Ə.Əliyev küçəsi ilə kəsişmədə (“Koroğlu” metro stansiyası istiqaməti) yol nəqliyyat hadisəsi baş verib.

"Həmin istiqamətdə sıxlıq müşahidə olunur. Sıxlıq bu yoldan keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalına da təsir edir".