"Azərsilah"ın zavodunda istehsalat qəzasında bir nəfər həlak olub
14.11.2025

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Visiontv.az