Dağlıq Qarabağdakı xuntanın tanınmış "sima"larından biri, "Enaket" analitik mərkəzinin rəhbəri Tiqran Abramyan Facebook səhifəsində yazıb:
"Azərbaycanlı hərbçilər çox asudə, rahat şəkildə Xankəndində dolaşırlar. Onlar dükanlara, supermarketlərə girir, alış-veriş edirlər. Özlərini sanki evlərindəki kimi hiss edirlər.
Doğrudur, bütün bunlar rusiyalı sülhməramlıların müşayiəti ilə olur. Ammə mahiyyət dəyişmir ki".
Abramya daha sonra yazıb: "Nikol Paşinyan, səndə vicdan var?! Anlayırsan ki, imzaladığın sənədin, anlaşmanın nəticəsi olaraq azərbaycanlı əsgərlər Xankəndidə bizi ələ salırlar?!"
Visiontv.az