Azərbaycanlı əsgərlər Xankəndində bizi ələ salırlar - "Enaket" analitik mərkəzinin rəhbəri Tiqran Abramyan
04.12.2020

Dağlıq Qarabağdakı xuntanın tanınmış "sima"larından biri, "Enaket" analitik mərkəzinin rəhbəri Tiqran Abramyan Facebook səhifəsində yazıb:

 "Azərbaycanlı hərbçilər çox asudə, rahat şəkildə Xankəndində dolaşırlar. Onlar dükanlara, supermarketlərə girir, alış-veriş edirlər. Özlərini sanki evlərindəki kimi hiss edirlər.

Doğrudur, bütün bunlar rusiyalı sülhməramlıların müşayiəti ilə olur. Ammə mahiyyət dəyişmir ki".

Abramya daha sonra yazıb: "Nikol Paşinyan, səndə vicdan var?! Anlayırsan ki, imzaladığın sənədin, anlaşmanın nəticəsi olaraq azərbaycanlı əsgərlər Xankəndidə bizi ələ salırlar?!"

Visiontv.az