Azərbaycan Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla görüşüb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, görüşdə Lavrov Azərbaycan səfirinə fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra R. Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafı vurğulanıb, ikitərəfli gündəliyin bəzi aktual mövzuları müzakirə edilib.
Azərbaycan səfiri etimadnaməsinin sürətini Rusiya XİN başçısının müavininə təqdim edib.
Ən yaxın dövlətlərarası təmasların cədvəli nəzərdən keçirilib.