Azərbaycanı Türkmənistanın daimi bitərəfliliyinin 30-cu ildönümü tədbirlərində Baş nazir təmsil edəcək
11.12.2025

Baş nazir Əli Əsədov Türkənistana səfər edəcək.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefon danışığı zamanı bildirib.

Dövlət başçısı dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməcəyini qeyd edib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.